Oğru qaydaları ilə idarə olunan Ermənistan

Kazinolardan Sarkisyana
Oğru qaydaları ilə idarə olunan Ermənistan

Ermənistanda kriminal dairələr arasında baş verən çəkişmələr son günlərdə bu ölkənin mətbuatının əsas diqqət mərkəzinə çevrilib. Xatrıladaq ki, bir neçə gün öncə Vanadzorda Çoço adlı məşhur kriminal avtoritetin oğlu qətlə yetirilib. Ermənistan polisi faktı təkzib etsə də sonradan təsdiqləmək məcburiyyətində qalıb. Ayrıca Apera və Don Pipo ləqəbli avtoritetlərin növbəti "sxotka"sı zamanı bu şəxslərə qarşı düzənlənən sui-qəsdin qarşısı da son anda alınıb. Hər iki avtoritet bu ölkədə çox böyük nüfuza malikdir və Ermənistanın idarə edilməsində xüsusi ilə iştirak edirlər.

Misal üçün Aper Ermənistanın daxili siyasətini müəyyənləşdirir. Son seçkilərdə bu avtoritetin danılmaz "xidmətləri" olub. Kriminal avtoritetin qolçomaqları tərəfindən vətəndaşlar zorla indiki prezident Serj Sarkiyanın lehinə səs verməyə məcbur edilib. Nəticədə Sarkisyan tərəfindən Aperə necə deyərlər yaşıl işıq yanıdırılıb. Don Pipo isə Ermənistanın indiki baş nazirinin İrəvandakı kazinolarını idarə edir. Hansı ki, bu kazinoların bir hissəsi seçki öncəsi gözdən pərdə asmaq üçün müvəqqəti bağlanmışdı. Ermənistan müxalifətinin araşdırmaları göstərib ki, ökənin gəlirləri məhz bu kazinolarda "əridilir". Üstəik birinciyə, yəni Sarkisyana təyin etdiyi məmurların qumarxanalarda xərclədikləri gündəlik pulların hesabatı verilir.

Ümumiyyətə işğalçı ölkənin oğru qaydaları ilə idarə edilməsi haqda xəbərlər yeni deyil. Bu qüvvələr Ermənistanın siyasi mühitini, iqtisadiyyatını bir sözlə gələcəyini müəyyənləşdirir. Zəncirvari qurulan mexanizmə mane olan şəxslər isə sadəcə ödürülür. Müxalifətin bir digər iddiası da İrəvanda şok yaradıb. Söhbət ölkə xaricində yaşayan bir sıra oliqarx erməni avtoritetlərinin biznes qurmaları üçün bu ölkədə əlavə imkanların təşkilindən gedir. Lakin qazanc Sarkisyanla yarı bölünməlidir. Əvəzində dövlət ölkədə monopoliya yaratmaqla cinayətkar dəstələrin rahat işəməsinə tam zəmin hazırlayır. Bundan əlavə prezidentin özünün, baş nazir və digər nazirlərin biznes şəbəkələri də oğru ailəminin qaydaları ilə tənzimlənir.

Ermənistandakı kriminal dəstələrin digər gəlir mənbəyi isə işğal olunan Dağlıq Qarabağda qurulub. Söhbət Dağlıq Qarabağdan dünyaya daşınan narkotik ticarətindən gedir. Nəzarətsiz ərazilərdə geniş narkotik plantasiyaları salınıb. Hansı ki, bu narkotikər Ermənistan hakimiyyətinin himayəsi altında gizli yollarla müxtəif ökələrə aparılır. Rəsmi Bakı Dağlıq Qarabağda narko-ticarət təhükəsinə dəfələrlə diqqət çəkib. Necə deyərlər tutarlı faktlarla işğal olunan ərazilərimizdə nələrin baş verdiyi tam reallığı ilə açıqlanıb. Lakin məsələyə ikili siyasət prizmasından yanaşan "nüfuzlu" təşkilatlar dünya üçün real təhükəni görməzdən gəlirlər.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə