Yunus Oğuz: " 28 May millətin, dövlətin, xalqın var olma günüdür" MÜNASİBƏT

Yunus Oğuz: " 28 May millətin, dövlətin, xalqın var olma günüdür" MÜNASİBƏT

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il keçir. Gələn il bu əlamətdar hadisənin 100 illiyi tamam olacaq ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən 2018-ci ildə AXC-nin yaranmasının 100 illiyi daha yüksək və möhtəşəm şəkildə qeyd olunacaq". Bunu SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Ötən 99 il müddətində ağrı, acılarımızın olduğunu dilə gətirən baş redaktor söyləyib ki, bu dövr ərzində milli ziyalılarımız hakimiyyətdən uzaqlaşdırılıb, təhdid edilib, həbsxanalara atılıb və eyni zamanda güllələnsə də, Azərbaycan milləti bu torpağın əsil sahibinin kim olduğunu göstərməyi bacarıb.

"Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. 99 il bundan öncə Azərbaycan bayrağı ucaldılıb və bu gün müstəqil dövlət kimi ölkəmizin fəaliyyət göstərməsi də məhz həmin dövrdə baş verənlərin təzahürüdür. Bu baxımdan hesab edirəm ki, 28 May-Respublika günü Azərbaycanın ən böyük bayramıdır. Çünki bu bayram millətin, dövlətin, xalqın var olma, özünə təsdiq günüdür"- deyə, Y. Oğuz əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə