"Gözəl Bayramlı Əli Kərimlinin pulunu gətirirmiş. Ölkəyə çirkli pullar Gürcüstandan gəlir". AXCP sədrinin müavini Gözəl Bayramlının Dövlət Sərhəd Xidməti tərəfindən (DSX) saxlanılması bağlı SİA-ya saytına açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bilirib ki, Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsinin gücləndirilməsi üçün atılan addımdır: "Rəsmi məlumatda qeyd olunur ki, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Gözəl Bayramova saxlanılıb.
Diqqət yetirək, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Oonun çantasında bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub. Əli Kərimli də bu gecə saat 2-də sosial şəbəkədə status yazıb ki, "müavini Gözəl Bayramlı Gürcüstandan müalicədən qayıdarkən saxlanılıb. Bu gün də rəsmi məlumatda qeyd olunur ki, Gözəl Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyən edilməyib.
İndi, sadə məntiqlə, Əli Kərimliyə sual edirəm: Gözəl Bayramlı Azərbaycandan 24 may 2017-ci ildən çıxıb Gürcüstana daxil olub və bir gün sonra 25 may 2017-ci ildə saat 22:00 da Azərbaycana qayıdıb. Bir günlüyə müalicəyə gedirlər? Bir günə həkim hansı müayinə aparıb? Əli Kərimli necə deyərlər özünü "yandırıb". Digər bir məqam həkimə gedən özü ilə pul aparmır?! Niyə həkimə apardığı pulu göstərməyib. Necə olub ki, Gürcüstandan qayıdanda Gözəl Bayramlının üzərində 12 000 dollar aşkarlanıb? Ancaq açıq şəkildə bildirirəm ki, artıq bir necə ildir ki, Azərbaycana çirkli pullar Gürcüstan vasitəsi ilə gətirilir. Bunu çox adam yaxşı bilir. Azərbaycan bank sisteminə olunan nəzarət və QHT –lər haqqında dəyişiklikdən sonra radikal müxalifət xaricdən əldə etdikləri vəsaiti Gürcüstan vasitəsi ilə aparırlar. Bununla bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar yayılıb.
Gürcüstandan istənilən xarici vətəndaş bir gün ərzində QHT təsis edə bilər və bunu rəsmi qeydiyyatdan da keçirmək çox asandır. Güman edirəm ki, Gözəl Bayramlı da Əli Kərimlinin ölkəyə pulunu gətirirmiş. Birdən birə böyük vəsait gətirmək olmur. Hissə-hissə bu vəsaitləri Azərbaycana gətirirlər. Məncə, istintaq Gözəl Bayramlını və ya Əli Kərimlinin yaxınlarının Gürcüstanda qeydiyyatdan keçmiş QHT –lərinin də olub-olmamasını araşdırmalıdır. Bütün baş verənlər istintaqın yekununda aydınlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB