Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına dünya ölkələrinin prezidentləri və hökumət rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir qismini təqdim edir:
Mərakeşin Kralı VI Mohammed
"Zati-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.
Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını həvəslə gözləyirəm".
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, Zati-alinizin müdrik rəhbərliyi altında dost və qardaş xalqınıza davamlı tərəqqi və yüksək rifah arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".
Lüksemburqun Böyük Hersoqu Anri.
"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və xoşbəxt gələcək arzulayıram".
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika
"Cənab Prezident,
Azərbaycan Respublikası milli bayramını – Respublika Gününü qeyd etdiyi bir vaxtda Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Sizinlə əməkdaşlıq etməyə hər zaman hazır olduğumu bildirirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost ölkənizin bütün xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bizim ölkələrimiz tarixən möhkəm dostluq və səmərəli əməkdaşlıq telləri ilə bir–birinə bağlıdır. Hər iki ölkə, xalqlarımızın köklü mənafelərinə uyğun olaraq, çoxtərəfli münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə çalışır. Biz bundan sonra da bunun üçün lazımi səy göstərmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və böyük uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və tərəqqi arzu edirəm".
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan
"Zati-aliləri,
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizdən Birləşmiş Ərəb Əmirlikləri xalqının milli bayramınız münasibətilə böyük fərəh hissi keçirdiyini Azərbaycan xalqına çatdırmağınızı rica edirəm.
Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib Sizə böyük hörmət və ehtiramımı izhar edirəm".
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın təşviqi vasitələrinin və iki ölkə arasındakı möhkəm əlaqələrin inkişaf etdirilməsinin vacibliyini əminliklə bildirmək istərdim.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı izhar edirəm".
Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos
" Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yunanıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB