Zaur Məmmədov: “İslam oyunları bütün oyunlardan fərqli idi” AÇIQLAMA

Zaur Məmmədov: “İslam oyunları bütün oyunlardan fərqli idi” AÇIQLAMA

"Bakıda keçirilən İslam oyunları bundan əvvəl keçirilən bütün oyunlardan fərqli idi. Sözün hər bir mənasında hər bir mənada biz Azərbaycanın yarışlara yüksək səviyyədə hazırlamasının şahidi olduq. İdmançıların sayından tutmuş, iştirakçı ölkələrin sayına qədər Azərbaycanda keçirilən yarışlar hələlik bir ilkdir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında İslam Oyunları ilə bağlı müxtəlif məsələlərə toxunub: "Prezident bildirib ki, "Bakıda keçirilmiş Oyunlar sayca dördüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci oyunlar İranda keçirilməli idi, lakin müəyyən səbəblərdən baş tutmayıb, üçüncü islam oyunları İndoneziyada, dördüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür".

Z.Məmmodov deyib ki, Prezident çox vacib məsələyə toxunub: "Dünyada onlarla müsəlman ölkəsi ola-ola məhz paytaxtımızda yarışların keçirilməsi Azərbaycanın nüfuzundan xəbər verir. Yarışlarda Azərbaycan idmançılarının göstərdikləri nəticəni, ümumiyyətlə, Azərbaycanın idman arenalarında imicini nəzərə alaraq bizim islam dünyasına verdiyimiz idman töhfəmizi də xüsusi ilə vurğulamaq lazımdır. Dünyanın bütün mötəbər yarışlarında məhz Azərbaycan öz xalqını çox böyük qürurla təmsil edir. Tarixən də dövlətimiz və xalqımız həmişə İslam dünyasının mərkəzi dövlətlərindən biri olublar. Beləliklə, İslam Həmrəylik Oyunları bir daha Azərbaycanın islam dünyasındakı yerini və rolunu göstərərək ölkəmizin müsəlman dünyasındakı nüfuzunun daha da yüksəlməsinə səbəb oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə