Azərbaycan prezidentinə həsr olunan kitabın təqdimatı olacaq Ukraynada

Azərbaycan prezidentinə həsr olunan kitabın təqdimatı olacaq Ukraynada

Milli Məclisin deputatı Elmira Axundova mayın 23-dən 25-dək Ukraynada səfərdə olacaq. Milli Məclkisdən SİA-ya verilən xəbərə görə, məqsəd Kiyevdə Elmira Axundovanın müəllifi olduğu "İlham Əliyev: Prezidentin portreti dəyişikliklər fonunda" adlı kitabın Ukrayna dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimində iştirak etməkdir.
Ölkənin tanınmış siyasətçilərinin, ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatımız görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, kitabla bağlı fikirlərini bildirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə