Ermənistanda kəndlilər etiraz aksiyası keçiriblər

Ermənistanda kəndlilər etiraz aksiyası keçiriblər

Ermənistanın Armavir vilayətinin sakinləri dünən İçmiədzin-İrəvan yolunu bağlayaraq etiraz aksiyası keçiriblər. Azvision.az xəbər verir ki, sakinlər kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşmasına etiraz ediblər. Kənd sakini Edqar Ohanyan etirazçıların baş nazirdən problemlərinin həll olunmasını tələb etdiyini və məsələnin həll edilənə kimi yolu bağlı saxlayacaqlarını deyib.

Qeyd edək ki, Ermənistanda kəndlilərin etiraz edərək magistral yolları bağlaması ənənəvi hal alıb. Etirazların rayon mərkəzində keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə