Kamran Əliyev sürücülərə xəbərdarlıq etdi SƏS TV

Kamran Əliyev sürücülərə xəbərdarlıq etdi SƏS TV

"IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü - mayın 22-də Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq". SİA-nın verdiyi məlumata görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Baş Polis İdarəsinin birgə keçirdiyi tədbirdə məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin gün Heydər Əliyev prospektinin "Excelsior" hotelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.

Tədbirdə o da qeyd olunub ki, bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobuslar vasitəsilə gedə bilər. Eyni zamanda, tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra isə stadiondan evə gedən tamaşaçılar eyni şəraitdə daşınacaq.

K.Əliyev həmçinin diqqətə çatdırıb ki, mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib: "Paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir: "Ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarınn açılış mərasimində 4 sürücüdə yüksək təzyiq, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlışdırılıb: "Həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinəldən keçirilib".

M.Ağayev qeyd edib ki, bağlanış mərasimi günü (mayın 22-si) üçün Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayırıb: "Bağlanış mərasimin günündə də sürücülər əvvəlcədən tibbi müayüinədən keçəcəklər. Avtobuslarda quraşdlırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşurutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.

Tədbirə sual-cavab formasında yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə