Türkiyə İŞİD-ə qarşı mübarizədə əvəzolunmaz müttəfiqdir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqark deyib. "Türkiyə vacib ortağımızdır. Türkiyə olmasa İŞİD-i məğlub edə bilmərik. Hər gün onlarla birlikdə çalışırıq. Hər koalisiya üzvü ilə olduğu kimi, Türkiyə ilə də fərqli baxışlarımız var. Rakka əməliyyatından sonra Türkiyə ilə yaxından əməkdaşlığa davam edəcəyik", - ABŞ nümayəndəsi bildirib.
Qeyd edək ki, Türkiyə rəsmiləri Makqarkın YPG terrorçularına dəstək verdiyini əsas gətirərək, Pentaqondan onun vəzifədən uzaqlaşdırılmasını tələb etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB