Mayın 18-də Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaq.
Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək. Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərlərinin Polşa Prezidenti ilə görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB