Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Milan şəhərində keçiriləcək komitənin iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB