Siyavuş Novruzov: "Kabel televiziyaları insanların hüquqlarını pozur"
"Kabel televiziyasında vətəndaşlarımızın hüquqları pozulur, insanların əsəbləri ilə oynanılır. Kabel televiziyalar görüntülərin pis olması və ya kəsilməsi ilə bağlı üzərilərinə heç bir öhdəlik götürmür". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin bu gün keçirilən plenar iclasında "Kabel şəbəkəsi yayımı haqqında" yeni qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, kabel televiziyaları ilə bağlı cərimələr sərtləşdirilməlidir: "Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var və kabel televiziyalar bu qanuna əməl etməlidir. Bundan başqa vətəndaşlara seçim imkanı verilməlidir. Kabel televiziyaların hamısı bir-birinə bənzəyir. Onlar bir-birindən daha keyfiyyətli olmalıdır. Bir də görürsən ki, gecə saat 12 oldu və ya yağış yağdı, qar yağdı, külək oldu yayım pozulur. Belə olan halda kabel televiziyası üzərinə heç br öhdəlik götürmür. Hətta kabel televiziyasının pulundan kəsmək belə mümkün deyil. Bu baxımdan hesab edirəm ki, ilk növbədə vətəndaşların hüquqları qorunmalıdır".
S. Novruzov çıxışı zamanı internet televiziyalarla bağlı sərt qanunların qəbul edilməsi təklifini edib: "Bir də görürsən ki, xaricdə kimsə televiziya açıb. 3-4 nəfər əlinə kamera alıb heç Azərbaycanda yaşamayan insanlardan ölkəmizdə vəziyyətlə bağlı müsahibə alır. Hansı ki, araşdırma aparanda həmin şəxsin heç Azərbaycanla bağlı olmadığı müəyyən olur. Bu baxımdan belə halların qarşısı alınmalı, insanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB