Mixail Zabelin: "ÜAK-la bağlı qərarı ləğv etmək üçün 1 ay vaxtımız var"

Mixail Zabelin: "ÜAK-la bağlı qərarı ləğv etmək üçün 1 ay vaxtımız var"

Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən narahatlığını bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin plenar iclasında məsələ ilə bağlı fikirini bildirən icma rəhbəri söyləyib ki, konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar artıq hər kəsi narahat etməyə başlayıb.

Son dövlərlər ica tərəfindən Rusiya Federasiyasının bütün aiddiyyatı qurumlar və sturukturlarına məsələ ilə bağlı müraciət edildiyini deyən M. Zabelin qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: "Rusiya Federasyasında da tolerantlığın olduğu deyilir. Lakin hazırki vəziyyət orada olan xalqlara Azərbaycanda göstərilən münasibətin göstərilmədiyini sübut edir. Biz Azərbaycanda dilimizə, mədəniyyətimizə göstərilən hörməti və diqqəti yüksək qiymətləndiririk. Buna görə ÜAK ətrafında gedən proselər bizi çox təəccübləndirib. Son günlər mən ÜAK-ın rəhbərliyi ilə əlaqə saxlamışdım və danışıqlardan əmin idim ki, ötən gün məhkəmə məsələ ilə bağlı müsbət qərar qəbul edəcək. Lakin axşam saatlarında bildim ki, məhkəmə ÜAK-ın qeydiyyatını ləğv edib. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə