Sabiqlərin bloku dağıldı

"Ohanyan-Raffi-Oskanyan" bloku seçkilərdən sonra siyasi radarlardan itib". SİA xəbər verir ki, bu barədə "Hraparak" - erməni nəşri yazır. Qəzetin məlumatına görə, hətta adıçəkilən blokun dağılması barədə də söz-söhbətlər gəzməkdədir: "Blokun nümayəndələri siyasi taym autdadırlar. Məsələn, Armen Martirosyan ya telefon zənglərinə cavab vermir, ya da deyir ki, siyasi məzuniyyətə çıxıb. Stepan Markaryan isə deputatlıq işlərini yekunlaşdırır – mayın 18-nə qədər o hələ ki, deputatdır".

"Hraparak" Markaryanın Avropa Şurasının nümayəndələri ilə görüş keçirdiyini xatırladaraq yazır ki, qəzetin suallarını cavablanndırarkən o deyib ki, artıq seçki sonrası mövzulara toxunmaq fikrində deyil. "Lakin o, blokun fəal olmaması ilə bağlı iddialarla razılaşdığını və üzvlərin ara-sıra görüşdüklərini də deyib"-adıçəkilən erməni qeyd edir.

Nəşr sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı da qeydlər edib: "Seyran Ohanyan ölkədə yoxdur və çox yəqin ki, Rusiyaya köçəcək. Bəzi şayiələrə görə, o, işgüzar təklif alıb. Marqaryan isə bir müddət sonra blokla bağlı fikirlərini açıqlayacağını deyib".

Xatırladaq ki, Ermənistanda keçirilmiş parlament seçkilərindən öncə vaxtilə iqtidar komandasında yer almış "Ohanyan-Raffi-Oskanyan" blokunun üzvləri sonradan müxalifətə keçərək, xalqın dəstəyini alacaqlarını düşünsələr də, Serj Sarkisyan iqtidarı buna mane olub və onlar növbəti dəfə oyundan kənar vəziyyətə düşüblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə