Şimali Koreya ABŞ-la danışıqlara hazırdır? DİPLOMATİYA

Şimali Koreya ABŞ-la danışıqlara hazırdır? DİPLOMATİYA

"Şimali Koreya əlverişli şərait olarsa, ABŞ-ın administrasiyası ilə danışıqlara başlamağa hazırdır". SİA "qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "renxap" agentliyi KXDR-in yüksək səlahiyyətli diplomatı Çxo Son Xuelə istinadən məlumat yayıb.

Qeyd edilir ki, diplomat Şimali Koreyanın nüvə məsələləri üzrə danışıqlar aparan komandasının veteranı hesab olunur. O, Norveçdən Şimali Koreyaya dönərkən, jurnalistlərlə danışmağa imkan tapıb.

Bundan öncə isə, "kyodo" agentliyi məlumat vermişdi ki, ABŞ-ın prezidenti Donald Tramp Pxenyanın nüvə proqramından imtina edəcəyi halda, KXDR-in lideri Kim Çen Inla görüşməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə