"Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür"
Azərbaycan Silahlı Qüvvələri düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür. SİA-nın verdiyi məlumata görə, bunu Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə cəbhə xəttində bu ölkənin "Şant" televiziya şirkətinin operatorunun guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant" televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb"- deyə, Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB