“Charlie Hebdo” Makronlara “ilişdi” KARİKATURA

“Charlie Hebdo” Makronlara “ilişdi” KARİKATURA

Təxribatçı karikaturaları ilə məşhur olan Fransanın "Charlie Hebdo" həftəliyi yeni nömrəsində ölkənin yeni seçilmiş prezidenti Emmanuel Makronun 64 yaşlı arvadı Brijit Makronu hamilə olaraq təsvir edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, arvadı Brijitdən 24 yaş kiçik olan Makron ayaq üstdə dayanaraq, əlini arvadının qarnına qoyub. Aşağıda isə "O, xarüqələr yaradacaq" ifadələri yazılıb.

Qeyd edək ki, cütlük Brijitin Fransa məktəblərinin birində fransız dili fənnindən dərs dediyi vaxt tanış olub. Gələcək prezident Makron həmin vaxt öz müəlliməsinə aşiq olaraq, hətta onun birinci evlilikdən olan 3 övladını da himayəyə götürüb. Lakin Makronun Brijitdən öz uşaqları yoxdur.

Xatırladaq ki, "Charlie Hebdo" hələ prezident seçkiləri ərəfəsində namizədləri it şəklində təsvir etmişdi. Belə ki, Makron pudel və onun yaxın rəqibi Marin Le Pen isə ingilis bildoqu olaraq ifadə edilmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə