"4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda reallaşıb.
Forumun əhəmiyyətinən danışan internet media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında bu ilki forumun dünyada böyük əks-səda doğurduğunu dedi: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi çox mühüm siyasi və mədəni hadisədir. 4-cü Bakı Forumu digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata həyata keçirilən forumda hər kəs sülh çağırışı edirdi. Bir məqamı xüsusi ilə vurğulamalıyam. Bu forumda bütün iştirakçılar həm də Leyla Əliyevanın bir çox strateji istiqamətlər üzrə dünyaya çağırışlarını mühüm hadisə kimi qeyd etdilər. Bütövlükdə onlarla ölkədən foruma qatılan iştirakçılar ölkəmiz, eyni zamanda, Dağlıq-Qarabağ münaqişəsinin region təhlükəsizliyində rolu haqqında təfsilatlı informasiyaya sahib oldular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB