Mahmud Abbas sabah Putinlə görüşəcək

Mahmud Abbas sabah Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Soçidə Fələstin lideri Mahmud Abbasla görüşəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb. Görüşdə əsas müzakirə mövzusu Yaxın Şərqdəki aktual məsələlər olacaq.

Qeyd edək ki, Abbas bundan öncə ABŞ-a səfər edib və Prezident Donald Trampla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə