"Referendum yalnız Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər"

"Referendum yalnız Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər"

"Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələblərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmədiyini deyən nazir müavini söyləyib ki, bunun üçün əsas yoxdur: " Dağlıq Qarabağın statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər. Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə