Elmar Məmmədyarov Həsən Vario Arero ilə görüşüb

Elmar Məmmədyarov Həsən Vario Arero ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan və Keniya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə Həsən Vario Arero Bakının gözəlliyinə və Azərbaycanın inkişafına valeh olduğunu qeyd edib. 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu və müasir dünya üçün aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın iqtisadi inkişafı, gənclər və idman siyasəti haqqında məlumat verib.

Tərəflər enerji, turizm, idman, kənd-təsərrüfat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə