"Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində mühüm addımdır"
"Bu Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində atılan mühüm addımdır. Çalışırıq ki, xalqlar arasında birliyi daha da gücləndirək". SİA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib. O, sülh mədəniyyətini təşviq etdiklərini bildirib: "Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatı da bu prosesə qoşulub. Biz ədavətə, ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək".
Daha sonra çıxış edən BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib ki, qlobal liderlər olaraq biz vahid gəmidə düzgün istiqamətdə irəli getməliyik: "Biz insanların azad şəkildə yer dəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq". Onun sözlərinə görə, bu gün dünyada hər 10 işdən biri turizmlə bağlıdır: "Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır. Gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər. İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada Turizm İli kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB