ABŞ-ın Dövlət Departamenti yay mövsümündə Avropaya səfər edəcək amerikalıları terrorla bağlı xəbərdar edib. SİA xəbər verir ki, Departamentin məlumatına görə, bütün Avropa ölkələrində mümkün terror aksiyalarının baş verməsi ehtimalı yüksəkdir və amerikalılar bundan məlumatlı olmalıdırlar. "Bu xəbərdarlıq 2017-ci ilin 1 sentyabr tarixində başa çatır"-deyə sözügedən məlumatda bildirilir.
Həmçinin vurğulanır ki, amerikalılar yay mövsümündə ictimai və turistik yerlərdə, alış-veriş mərkəzlərində, otellərdə, parklarda, gecə klublarında, kazinolarda, restoranlarda daha çox diqqətli olmalıdırlar. "Bu obyektlər terror hücumlarının prioritet istiqamətləridir"- deyə, məlumatda qeyd olunur. O cümlədən, Fransa, Rusiya, İsveç və Birləşmiş Krallıqda baş verənlər xatırlanır.
"Terrorçulara simpatizə edənlər, yaxud radikallaşmış ekstremistlər heç bir xəbərdarlıq etmədən hücum aktları törətmək qabiliyyətindədirlər"-Dövlət Departamentinin xəbərdarlığında vurğulanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB