Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18.05.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Kürdəmir rayon şöbəsində Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. SİA-nın verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 15.05.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB