“Heydər Əliyev Milli Parlamentarizmin Banisidir: Gəncləri gözü” ilə dəyirmi masa-YENİLƏNİB

“Heydər Əliyev Milli Parlamentarizmin Banisidir: Gəncləri gözü” ilə dəyirmi masa-YENİLƏNİB

Bu gün Milli Məclisdə "Heydər Əliyev Milli Parlamentarizmin Banisidir: Gəncləri gözü" ilə mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, gənclər təşkilatlarının nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Parlamentin binası ilə yaxından tanış olub, binada yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək düzüblər. Tədbir iştirakçıları həmçinin Ulu Öndərin xatirəsinə həsr edilən Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Daha sonra Milli Məclisin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada ilk çıxış edən komitə sədri Fuad Muradov bildirib ki, belə bir tədbirin parlamentdə keçirilməsi çox böyük hadisədir.

Onun sözlərinə görə, hər bir Azərbaycan gənci Ulu Öndərin siyasətini hər zaman dəstəkləyir və hər biri fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulan siyasət nəticəsində nəhəng bir dövlətə çevrilib: "Əminəm ki, bugünkü gənclərimiz də gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar. Bu gün gənclərimizin və idmançılarımızın qanunvericilik istiqamətində öz komitəsi var. Bunun özü böyük inkişaf deməkdir. Biz hər birimiz bu gələcəyi qorumağa borcluyuq".

Daha sonra çıxış edən Yeni Azəraycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, əslində ölkəmiz müasir Azərbaycan dövləti Ulu Öndərin əsəridir. Onun sözlərinə görə, elə bir sahə yoxdur ki, Ulu Öndərin orada xeyir-duası olmasın: "Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi müasir Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir".

Azərbaycanın xalqının müstəqiliyinə qovuşmasında Ulu Öndərin misilsiz xidmətlərindən söz açan M. İbrahimqızı qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-də Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azəraycanda milli parlamentarizmin əsası qoyuldu: "2005-ci ilə qədər Azərbaycan parlamentinin, eləcə də binasının vəzyyəti heç də yaxşı deyildi, bir çox məsələlərdə geri qalırdı. Lakin 2006-cı ildə 4 ay müddətində millət vəkilləri üçün gözəl şərait yaradılaraq, Azərbaycan parlamentinin binası pataxtınən gözəl binalarından birinə çevrildi".

Tədbirin davamında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə həsr olunan video-çarx təqdim edilib.

YAP GB-nin sədri Seymur Orucov çıxışında gənclərə Milli Məclisin binası ilə tanışlıq imkanı verildiyinə görə, parlament rəhbərliyinə təşəkkürünü bildirib: "Əminəm ki, bugünkü gün gənclərimizin xatirindən heç zaman silinməyəcək. Çünki bu gün gənclərimiz Milli Məclisin binası ilə tanış olmaqla yanaşı, buradakı iş prinsipi haqqında məlumatlandılar".

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birinin məhz gənclərlə olduğunu qeyd edən S. Orucov əlavə edib ki, gənclər də öz növbəsində Azərbaycanın inkişafı, çiçəklənməsi üçün daim fəal olmalı, dövlətimiz üçün əllərindən gələni etməlidirlər.

Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə