"Bununla Qərb müstəqil, güclü müsəlman dövləti görmək istəmədiyini bildirdi" MÜNASİBƏT
"AŞPA-nın Türkiyə bağlı ədalətsiz mövqeyində yeni heç nə yoxdur. Çünk Avropa zaman-zaman islam ölkələrinə qarşı ikili standartrlardan yanaşaraq bu kimi addımlar atıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Azərbaycanın Avropa Şurasına 2001-ci ildə qoşulduğunu xatırladan deputat bildirib ki, həm Avropa Şurası, həm də Avropa İttifaqı xristian birliklər olaraq xristian dövlətləri, eləcə də Ermənistan üçün bir müdafiə sistemi kimi fəaliyyət göstərib: "Lakin müsəlman ölkələri olan Türkiyə ilə Azərbaycan üçün bu birliklər təzyiq rolunu oynayırlar. Azərbaycan etmədiyi və aid olmayanlara görə bu illər ərzində xeyli təzyiqlər, təhdid və şər-böhtanlar görüb".
Bu gün Türkiyənin daxilində və sərhədlərində terror təşkilatlarına qarşı böyük mücadilə apardığını deyən E. Məmmədov söyləyib ki, Türkiyənin qınağa çəkilməsi, sanksiyaların tətbiq edilməsi, təhdidlərin edilməsinin əsas səbəbləri elə budur: " Bu günlərdə ABŞ-ın PKK-ya neçə milyonluq silah-sursat veriləcəyi açıqladı. PKK-nın bütün Avropa ölkələrində nümayəndəlikləri açılıb, fəaliyyət göstərir. PKK-orada mitinq, yürüş və müxtəlif tədbirlər keçirir, lakin Türkiyə rəsmiləri həmin ərazilərə buraxılmır. Bu, Avropanın iç üzüdür. Bu günlərə qədər üzünə suvaq çəkib, maska altından fəaliyyət göstərənlər artıq əsl üzlərini göstərməyə başlayıblar".
Deputatın sözlərinə görə, AŞPA-nın Türkiyə ilə qərarı onların islam düşmənçiliyini bir daha ortaya qoymuş oldu: "Bununla Qərb müstəqil, güclü müsəlman dövləti görmək istəmədiyini bildirir. Onların görmək istədikləri müsəlman ölkələri, Suriya, İraq, Livan, Misir, Tunis və digərləri kimi olmalıdır. Onlar Türkiyə kimi müstəqil siyasət yürüdən, inkişaf edən dövlət görmək istəmirlər. Buna görə də onlar hər cəhdlə Türkiyəyə mane olub onun daxilində təxribatlar törətməklə ölkəni parçalamağa çalışırlar. Bu təzyiqlər Azərbaycana qarşı olub, olur və olacaq. Bizim yeganə çıxış yolumuz güclənmək, daxili stabilliyimizi qoruyub saxlamaq, müstəqil siyasətimizi davam etdirməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB