"Azərbaycanda sosial şəbəkəyə, xüsusən də "facebook"a saxtakarlığı, saxta profillər yaradıb insanları aşağılamaq, təhqir etdirmək, saxta tərəfdarlar görüntüsünü yaratmağı Əli Kərimli gətirib. Yəni bunu zaman-zaman Əli Kərimlinin yanından istefa vermiş müavinləri və partiya üzvü olan şəxslər də təsdiq ediblər. Şəxsən özüm də sosial şəbəkədən geniş istifadə edirəm". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
"Ölkədə mövcud olan 3 ən böyük "facebook" qruplarının rəhbərlərindən biri kimi, bunun şahidiyəm. Şəxsən özüm dəfələrlə Əli Kərimlinin idarə etdiyi və nəzarətində olduğu saxta profillərlə təhdid və təhqirlərə üzləşmişəm. Əli Kərimli ilə bağlı hər hansı bir siyasətçi reallıqları deyirsə və onun siyasətini tənqid edirsə, dərhal sosial şəbəkədə saxta profillərlə hücum təşkil olunur. Birbaşa sosial şəbəkələrdə tədbirlərin gücləndirilməsinin tərfədarıyam. Heç kimin ixtiyarı yoxdur ki, gizli şəkildə aşağılasın və bu yolla öz çirkin işlərini örtbasdır etsin. Bu gün həmin saxta profillər sosial şəbəkədə yayırlar ki, Əli Kərimli tarix yazır. Mən onlara demək istəyirəm ki, artıq Əli Kərimli tarixi çoxdan yazıb. Öz sədri Əbülfəz Elçibəyə və yaxın dostlarına xəyanət etməklə! Bunun tarixdən heç vaxt silə bilməyəcək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB