Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib

Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib

25 aprel 2017-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili "İslam həmrəyliyi ili" elan edilən Azərbaycan Respublikası tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə