Fransua Olland: "Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapmalıyıq"

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". SİA-nın xəbərinə görə, bunu Fransa prezidenti Fransua Olland deyib.

Danışıqlar prosesində Fransanın iştirakını xatırladan Olland bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllinə sadiqdir: "Dağlıq Qarabağ münaqişəsi hər il daha çox gəncin həyatını alır. Son zamanlar bu hal daha da artıb, hücumlar intensivləşib.

Düzdür, tərəflər artıq 23 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı danışıqlar aparırlar, lakin status-kvo qəbuledilməz olduğu üçün biz həll yolunu tapmalıyıq. Bu münaqişənin hərbi yolla həlli yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə