Arzu Nağıyev: “Ermənilər bu arxivlərin açılmasının əleyhinə gediblər” AÇIQLAMA
"Ermənilərin "qondarma soyqırımı" məsələsi hələ ATƏT-in Minsk qrupunun yaranmasından da əvvəllərə təsadüf edir. Bu soyqırımı məsələsi ilk növbədə Türkiyəyə qarşı yönəlmiş məsələlərdir. İstər Sovetlər dövründə, istərsə də digər vaxtlarda bu soyqırımı məsələsi daim gündəmdə olub". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ayrı-ayrılıqda buna öz münasibətini bildirib: "Təbii ki, dolayı yollarla bunu təbliğ edən, qəbul edən və etməyən də var. Bütün bunların hamısı məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edən amillərdir. Lakin birbaşa həmsədrlərin bunun yalan olmasını bəyan etməyə cürətləri çatmaz. Ümumiyyətlə ermənilərin "qondarma soyqırımı" məsələsi Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında əsas amillərdən biri kimi sayılır. Dəfələrlə türk və digər dövlətlər məhz bununla bağlı arxivlərin açılmasını tələb edir. Lakin ermənilər bu arxivlərin açılmasının əleyhinə gediblər.
ABŞ, digər dövlətlər də bu arxivlərin açılması istiqamətində öz əlindən gələn köməkliyi etməyə hazırdırlar. Çox təəssüf ki, ermənilər bu məsələlərdə ancaq öz istədikləri kimi hərəkət edirlər. Onlar istəyirdilər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qondarma "erməni soyqırımı" sözünü işlətsin. Mən deyərdim ki, Tramp ABŞ-ın yeganə prezidentlərindəndir ki, erməni lobbiçiliyinə, maddi dəstəyinə heç cür ehtiyacı olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB