“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik plenar iclasa tövsiyə olunub YENİLƏNİB
Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.
Layihə haqqında məlumat verən komitə sədri Siyavuş Novruzov söyləyib ki, ölkəmizdə "Dini etiqad azadlığı" haqqında qanun 1992-ci ildə qəbul olunub və daha sonra layihəyə bir neçə dəyişiklik edilib: "Bu gün din məsələsi aktual məsələdir. Bu baxımdan biz "Dini etiqad haqqında" qanun layihəsinə dəyişiklik etməklə bu sferaya uyğunlaşdırırıq.
Layihə ilə bağlı fikirlərini bildirən komitə üzvü Fazil Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş deyil: "Bu baxımdan xaricdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması orada təhsil alan tələbələrimizin potensialından istifadə edilməsinə imkan verir. Təbii ki, bu, müvafiq icra orqanının razılığı ilə olmalıdır".
Deputat söyləyib ki, "Dini etiqad azadlığı haqqında" qanuna təklif oluna dəyişikliklərin müəyyən qədər cilalanmasına ehtiyac var: "Bu, qanuna yenidən qayıtmamaq üçün vacibdir. Qanun təklif olunan dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs qurana və incilə və digər dini kitaba istinad edərək dini təbliğat apara bilər. Buna görə məsuliyyətə cəlb etmək olmaz".
Daha sonra çıxış edənlər qnun layihəsinə yəklif olunan dəyişiklikləri dəstəkləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB