Ekspert: “Ermənilərin "qızdırması və təzyiqi" kəllə-çarxa vurur” MÜNASİBƏT

Ekspert: “Ermənilərin "qızdırması və təzyiqi" kəllə-çarxa vurur” MÜNASİBƏT

"Ümumiyyətlə hər il aprel ayında bizim bədnam qonşularımızın "qızdırması və təzyiqi" kəllə-çarxa vurur. Bu gün də istisna deyil. "Kişilər" qondarma "erməni soyqırımı" iddiasının 102 illiyini qeyd edirlər. Özü də, bu həyasızlar bu günlə bağlı ilbəil min cür oyundan, hoqqalardan çıxırlar. Özü də bilə-bilə ki, artıq neçə illərdir ki, dünyada söz sahibi olan dövlətlər bu məsələdə öz mövqeyini bildiriblər və bundan sonra nə Amerika, nə Rusiya, nə də digər ermənipərəst qüvvələr özlərini bu yalançı tarixlə bağlı pis vəziyyətə qoymayacaqlar, əl çəkmirlər ki, çəkmirlər". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən dəfələrlə araşdırılıb və əgər sizin nədənsə narazılığınız və narahatçılığınız varsa, buyurun, qoy siyasətçilər deyil, tarixçilər bu məsələni bir daha elə ermənilərin iştrakı ilə hərtərəfli araşıdrsınlar: "Yox, siz nə danışırsınız? Bunlar erməni olmazdılarki, əgər dünyanın zəhləsini tökməsəydilər. Nə qədər həyasız və nə qədər abırsız olmaq lazımdır ki, özləri uzaq tarixdə deyil, 90-cı illərdə azərbaycanlılara qarşı Xocalıda etdikləri soyqırım, ondan əvvəl isə türklərə, ümumiyyətlə müsəlmanlara qarşı etdikləri saysız-hesabsız cinayətlərə baxamayaraq, yenə hansısa qondarma "erməni soyqırımından" danışmağa davam edirlər. Əslində onlar bu yolla hamını bezdirib onlardan bu sözü dilə gətirməsini dilənirlər. Ən çox da Amerikadan umurlar ki birdən nə isə alınar.

Artıq neçənci prezident gəlib gedir də, amma bu bədbəxtlərin gözləri və qulaqları hələ də səsdədi ki, bəlkə nə isə alınar. Şəxsi düşüncəmə görə, özünə hörmət edən dövlət ermənilərin bu yalanına əgər illərlədir aldanmayıbsa, inşallah bundan sonra da aldanmayacaq və onların hoqqabazlığının genişlənməsinə rəvac verməz. Gələcəkdə bu mövzunun qapadılması üçün başda qardaş Türkiyə Respublikası olmaqla bütün türk və müsəlman dünyası ciddi hərəkət etsə yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə