“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilir

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilir

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik müzakirə edilib. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən komitənin sədri Siyavuş Novruzov bildirib ki, ölkəmizdə "Dini etiqad azadlığı" haqqında qanun 1992-ci ildə qəbul olunub və daha sonra layihəyə bir neçə dəyişiklik edilib. Onun sözlərinə görə, layihəyə təklif olunan dəyişikliklərdə 3 əsas məsələ ortaya qoyulub: "Hazırkı variantda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.Qanun layihəsinə təklif edilən digər dəyişikliyə görə xaricdən dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər".

Mövcud qanunvericiliyə əsasən, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ain və mərasimlərin aparılması qadağandır.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də qanun layihəsinə təklif olunan dəyişikliklər sırasında yer alan məsələdir.

Mövcud variantda vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə