Arpine Ovannisyan deputat olmaq istəyir "HAYKAKAN JAMANAK"

Arpine Ovannisyan deputat olmaq istəyir "HAYKAKAN JAMANAK"

"Bizim informasiyamıza görə, ədliyyə naziri Arpine Ovannesyan deputat mandatı almağına etiraz etməz. Hətta məlumatlar var ki, o parlamentin vitse-spikeri təyin oluna bilər". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Haykakan Jamanak" qəzeti yazıb.

Erməni nəşri qeyd edir ki, bununla yanaşı Ovanes Saakyanın gedişindən sonra Ovannesyanın parlamentin vakant yeri qalan dövlət-hüquq siyasəti komissiyasına sədr seçiləcəyi də mümkündür.

"Məsələ ondadır ki, Arpine Ovannesyan formalaşdırılan hökumətdə nazir olaraq qalacaq, bir ildən sonra Serj Sarkisyanın istefasının ardınca o da yenidən istefa verməli olacaq və həmin vaxt bəlli olmayacaq, o öz vəzifəsinə yenidən təyin ediləcək, ya yox. Bu səbəbdən, Ovannisyan hətta sıravi deputat olarsa, ən azı beş il parlamentdə qalmağını təmin edəcək", - deyə "Haykakan Jamanak" yazır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə