Livan ordusunun kommandos briqadası ölkənin Suriya ilə sərhəddində uğurlu əməliyyat keçirərək bir neçə "İŞİD" terrorçusunu ələ keçirməyə müvəffəq olub. SİA-nın məlumatına görə, bu barədə yerli KİV-lər yazır. Ələ keçirilənlər arasında terror təşkilatının adı açıqlanmayan nüfuzlu səhra komandirinin də olduğu qeyd edilir.
Silahlı atışma nəticəsində çox sayda terrorçu öldürülüb, 10 nəfər isə əsir götürülüb. Livan kommandoslarından ölən və yaralananlar yoxdur.
Bu arada "Əl-Əxbar" qəzeti də yazır ki, Suriya ordusu dağ kurortu hesab edilən Bludan şəhərindəki mövqeləri ələ keçirməsinin ardınca dağlıq ərazi olan Kələmun adlı ərazini də tam şəkildə nəzarətləri altına almaq niyyətindədirlər. Belə ki, Livanla həmsərhəd olan bu şəhərin dağlarında terrorçuların arxa cəbhə bazaları yerləşir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB