“Taliban” hücum etdi 140 nəfər öldürüldü

“Taliban” hücum etdi 140 nəfər öldürüldü

Taliban radikal hərəkatının Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətindəki hərbi bazasına etdiyi qəfil hücumu nəticəsində ölən hərbçilərin sayı minimum 140 nəfərə qədər artıb. Belə ki, daha öncə 50 əfqan hərbrçisinin öldürüldüyü bildirilirdi. SİA-nın məlumatına görə, bu barədə yazan "Reuters" agentliyinin qeyd etdiyinə görə, yerli hakimiyyət nümayəndələri, o cümlədən Məzari Şərifdən olan bir məmur baş verən hücum barəsində agentliklərə xəbər ötürüblər. Qeyd olunur ki, öldürülənlərlə yanaşı, çoxsaylı yaralılar da var. Hətta ölənlərin sayı yaxın saatlarda arta da bilər.

Yerli "Pajvak" agentliyinin isə Əfqanıstanın təhlükəsizlik mənbələrinə etdiyi istinadına görə, "Taliban" silahlıları Əfqanıstan hərbilərinə məxsus geyimlər geyinərək hərbi bazanın ərazisinə daxil olmağı bacarıblar.

Bildirilir ki, son aylar ölkənin kənd ərazilərini ələ keçirməyə müvəffəq olmuş taliblər Əfqanıstanın böyük şəhərlərinə hücum əməliyyatlarını reallaşdırırlar. O cümlədən, ölkədə "İslam Dövləti" terror təşkilatının da təsiri artmağa başlayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə