Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi ili" çərçivəsində Bibiheybət qəsəbəsi 50 saylı tam orta məktəbdə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, təşkilatın Aparat rəhbəri, dos. Zəfər Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertiziyası şöbəsinin müdiri Nahid Məmmədov və orta məktəb şagirdləri iştirak edib.
YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev təmsil etdiyi qurumun "İslam Həmrəyliyi ili" ilə bağlı İslam dəyərlərinin təbliğinə, İslamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını deyib.
O bildirib ki, ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəmi var: "Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə sübuta yetirir.
Sonra "Fitnə" sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertiziyası şöbəsinin müdiri Nahid Məmmədov məktəblilərin dini radikalizm və ekstremizm barədə zəruri məlumatlara malik olmasının əhəmiyyətindən danışıb. O dini radikalizm və ekstremizmin zərərli təsirlərini, gənclərin onların fəsadlarından qorunmağı üçün ilk növbədə maariflənmələrinin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB