Millət vəkili: “Güclü Türkiyə, güclü Azərbaycan, türk dünyası deməkdir” MÜNASİBƏT

Millət vəkili: “Güclü Türkiyə, güclü Azərbaycan, türk dünyası deməkdir” MÜNASİBƏT

"Türkiyədəki referendumdakı seçimi Türkiyə xalqının, cəmiyyətinin seçimidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq, Azərbaycan bu seçimə böyük hörmətlə yanaşır: "Hesab edirik ki, Türkiyənin bu seçimi onu daha güclü, demokratik, qarşısında duran məsələlərin operativ şəkildə həll edilməsinə gətirib çıxaracaq. Türkiyə həmişə istənilən problemdən çıxışın ən səmərəli yolunu tapa bilib. Güclü Türkiyə, güclü Azərbaycan və güclü türk dünyası deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə