Politoloq: “Mövzuya həssaslıqla yanaşanları başa düşmək lazımdır" AÇIQLAMA

Politoloq: “Mövzuya həssaslıqla yanaşanları başa düşmək lazımdır" AÇIQLAMA

"Türkiyədəki referendum son ayların aktual məsələlərindən biridir. Əslində bu mövzuya həssaslıqla yanaşanları başa düşmək lazımdır. Çünki, söhbət Türkiyənin taleyindən gedir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə dünyada referendumun nəticələri ilə adi seçkilərdəki nəticələr arasında fərqli modelə ehtiyyac var: "ABŞ-dan tutmuş Yaponiyay qədər dünyanın bütün ölkələrində 50+ modelindən istifadə edilir. Ancaq referendumlarda 3/2 üstünlük olarsa Konstitusiya dəyişikliklərinə start verilməlidir. Əks halda bu cəmiyyətlərin iki yerə parçalanmasına və təbii ki, proseslərə baxış münaqişəsinə gətirib çıxaracaq. Ümumilikdə, Türkiyədə referendumdan sonrakı vəziyyət sabitdir. CHP-nin məhkəməyə müraciət etməsi söz danışığı olsa da , o partiyanın nəyəsə nail olacağına inanmıram.

MHP-də isə faktiki olaraq əksər kütlənin sədr ilə eyni dəyərlərin paylaşmadıqlarının şahidiyik. Bu olduqca vacib haldır. Neformal liderlərin milliyətçilərə nüfuzu olduqca yüksəkdir. Artıq prezidentli idarəetmə formasına keçidə start veriləcək. Bu gün ABŞ-dan tutmuş demək olar ki, əksər Latın Amerikası, Asiya və bəzi Avropa ölkələrində prezidentli respublikalar mövcuddur. Prezidentli respublikalarda dövlətin və hökumətin başçısı – prezidentdir. Bu institut daha çevik və mobil idarəetmə formasıdır. Türkiyənin indiki durumunda prezidentli respublikaya keçid labüd idi".

Bütün xəbərlər Facebook səhifəmizdə