“Klounların və klounadanın şahidlərinə çevrilmişik” MUSA MİKAELYAN YAZIR
Ermənistanda seçkisonrası müzakirələr bitməməklə yanaşı, ölkənin müxtəlif müxalifətyönlü ictimai-siyasi media qurumları Serj Sarkisyan hakimiyyətini kəskin şəkildə hədəfə almaqda davam edir. Xüsusilə, tanınmış köşə yazarları və analitiklər ölkənin hazırkı vəziyyətinin təhlilini apararaq, artıq suverenliyinin itirilməsi təhlükəsi yaşadığı barədə ardıcıl yazılar dərc edirlər. Bu baxımdan, "SƏS" İnformasiya Agentliyi ölkə ictimaiyyətinin düşmən ölkədə seçkisonrası proseslərlə maraqlandığını nəzərə alaraq, Ermənistanın analitik yazarı, 1in.am saytının şərhçisi Musa Mikaelyanın mövbud vəziyyət ətrafındakı təhlilini təərcümə edib, işıqlandırmaq qərarına gəldi.
Beləliklə, "Seçim etmək qabiliyyətini itirmiş əsəb" başlıqlı yazısında erməni müəllif yazır ki, Ermənistanda daha əyləncəli və daha məyusedici seçkiöncəsi mənzərəsini təsəvvürə gətirmək mümkün deyildi: "Lakin seçkiöncəsi Ermənistan artıq keçmişdə qalıb, seçkilər baş tutub, bununla yanaşı daha əyləncəli və daha məyusedici seçkisonrası Ermənistan mövcuddur ki, hazırda seçkiöncəsi sirk tamaşasının nəticələri görünməyə başlayıb".
"Miqrasiya axınının ikinci nəfəsliyi açılıb, demoqrafik xəritə dəyişib, gah ordu sıralarından, gah da körpülərin altından davamlı olaraq tragik informasiyalar daxil olur, yoxsulluq həddi 50%-ə çatıb və çox yəqin ki, artmaqda davam edəcək, bu isə suverenliyin itirilməsi ilə başa çatacaq"
Musa Mikaelyan yazır: "Əgər biz seçkilərdən qabaq akrobatların və janqlıyorların şahidlərinə çevrilmişdiksə, indiki vaxtda sadəcə klounları və klounadanın şahidlərinə çevrilmişik. Qrupları, ayrıca şəxsləri və necə deyərlər, müxtəlif ideoloji orientirləri ək etdirən təşəbbüsləri, tərəflərin ölkədəki vacib ictimai, dövlət əhəmiyyətli problemləri unudaraq bir-birləri arasında hakimiyyət bölgüsü aparmalarını izləyərkən, bütün bunlara yaxşıca gülmək olar. Lakin baş verənlərlə əylənərkən, biz də bu problemlər barədə unutmalı və mövcud sadomazoxist vəziyyətdən ləzzət almalıydıq. Və bütün bunlar nevroloji-psixoloji problemlər böhranı yaşayan, miqrasiya axınının ikinci nəfəsliyinin açıldığı və gücləndiyi, demoqrafik xəritənin dəyişildiyi bir ölkədə yaşanmaqdadır. Həmin ölkədə ki, gah ordu sıralarından, gah da körpülərin altından davamlı olaraq tragik informasiyalar daxil olur, həmin ölkədən ki, yoxsulluq həddi 50%-ə çatıb və çox yəqin ki, artmaqda davam edəcək, bu isə suverenliyin itirilməsi ilə başa çatacaq. Belə bir vəziyyətdə gözlənilən bu idi ki, hakimiyyət masaya yumruq vuraraq lazımsız ideyalara və enerjiyə son qoyub, ölkə qarşısındakı ciddi çarğırışların təmin olunması istiqamətində təcili, optimal üsullar tapmalıydı, ən azından, xarici çağırışların ağırlığı altında daxili poblemlərin artmaması üçün".
"Bütün yüklər məhz hakimiyyətin çiyinlərinə düşür və nəticədə hakimiyyət öz səhvlərinə və fəaliyyətsizliyinə görə cavab verməli olacaq"
"İstənilən normal ölkədə, bütün bunlarla ilk növbədə hakimiyyət maraqlanmalı idi. Çünki qarşıya qoyulan məqsədlərə çatılmayınca bütün yüklər məhz hakimiyyətin çiyinlərinə düşür və nəticədə hakimiyyət öz səhvlərinə və fəaliyyətsizliyinə görə cavab verməli olacaq"-deyə yazan Mikaelyanın fikrincə, Ermənistan bu palnda normal ölkə kimi hesab edilməsi üçün kifayət qədər uzaqdadır və hakimiyyət isə bundan razıdır: "Belə ki, ictimaiyyətin başı bu işlərə qarışıb. Ümumilikdə isə Ermənistan hakimiyyəti nəinki cavabdehlik hisslərindən məhrumdur, eyni zamanda belə bir institut ümumiyyətlə mövcud deyil".
"Bizdə elə bir cəmiyyət formalaşıb ki, özü üçün əhəmiyyətli olanı seçmək bacarığında deyil"
Erməni analitik yazar qeyd edir ki, Ermənistanda cavabdehlik institutu yoxdur və cavabdehsizlik atmosferi üzündən hətta ictimaiyyət də təbliğat manipulyasiyalarının qurbanına çevrilir: "Bu amil də Ermənistan üçün ciddi problemə çevrilib. Məsələn, istənilən tanınmış şəxs ictimaiyyəti istənilən tərəfə çəkə bilər. Başqa sözlərlə, bizdə elə bir cəmiyyət formalaşıb ki, özü üçün əhəmiyyətli olanı seçmək bacarığında deyil".
Bütün bunlar isə uzun illərdir ki, idarəçi elita tərəfindən seçkilərin saxtalaşdırılmasının nəticələridir ki, ictimai rəy ümumiyyətlə, seçim etmək bacarığını itirib. Hətta bu gün ictimai rəyin elitası belə, seçim qarşısında qalırlar, əhəmiyyətli və daha əhəmiyyətli seçimi edə bilməyərək təbliğatçılıq istiqamətindəki manipulyasiyaların qarşısını almaqda acizlik göstərirlər. Mövcud mənzərə sübut edir ki, Ermənistan ictimaiyyəti seçim etmək üçün əsəblərini və qabiliyyətini tükədib və bu amil istənilən hakimiyyət və cəmiyyət üçün çox təhlükəli haldır".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB