Keçirilən təlimlər növbəti xəbərdarlıq idi

Aprelin 13 işğalçı Ermənistan ordusu Ağdamın Üzündərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikanın da cəlb olunduğu geniş təlimlərə başlayıb. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bizi belə bir düşmənlə etimad mühiti yaratmağa səsləyən Minsk qrupu həmsədrləri görəsən niyə susurlar? Mümkündürmü bu cür düşmənə etimad etmək və görəsən bizim vəziyyətimizdə olsaydılar, özləri edərdilərmi? yox, etməzdilər və onlar da yaxşı bilirlər ki, bu cür davam etməyəcək, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılmasının ancaq bir yolu qalır-savaş!

Ali Baş Komandan cənab İlham Əliyevin əmriylə aprel 16-dan başlanılan geniş hərbi təlimlər həm işğalçıya, həm də ona havadarlıq edənlərə bir xəbərdarlıqdır ki, Azərbaycanın onların özbaşınalığına göz yummaq fikri yoxdur. Orasını da deyək ki, bizim keçirəcəyimiz təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə