"Türkiyə prezident sisteminə keçidə hazırdır" MÖVQE

"Türkiyə prezident sisteminə keçidə hazırdır" MÖVQE

"Türkiyədə referendum bütün hallarda baş tutacaq. Orada iştirak edəcək insanların böyük əksəriyyəti də düzəlişlərə səs verəcəklər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Prosesin ciddi olduğunu deyən politoloq söyləyib ki, Türkiyədəki müxalif qüvvələrin parlamentə müəyyən müqavimət göstərməsi də istisna edilmir: "Hətta bəzi AKP üzvləri də Türkiyənin prezident sisteminə keçidini dəstəkləmirlər. Bu baxımdan referendumun keçirilməsi Türkiyə üçün o qədər də asan başa gəlməyəcək. Amma nəticə etibarı ilə Türkiyə istənilən halda parlamentdən prezident sisteminə keçəcək".

Azərbaycanın bütün hallarda Türkiyənin dəstəklədiyini deyən İ. Vəlizadə söyləyib ki, hazırda Türkiyə tarixində ən həssas və mürəkkəb dövrünü yaşayır: "Türkiyədə bu prosesdə siyasi modelizasiya böyük rol oynayır. Parlament sistemi elədir ki, hər hansı qərarların müzakirəsi və qəbulu müəyyən vaxt tələb edir. Lakin indiki şəraitdə bir sıra qərarların çevik şəkildə qəbul edilib, onun yerinə yetirilməsi vacibdir. Bu baxımdanTürkiyənin prezident sisteminə keçidi bu işləri daha da asanlaşdıracaq, onların müəyyən hədəflərə çatmasına imkan yaradacaq. Türkiyə artıq bu keçid üçün hazırdır. Azərbaycan da qardaş ölkə olaraq bütün bunları anladığı üçün Türkiyənin yanında olmaqla yanaşı, onu hər məsələdə dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə