Azərbaycan və Rusiya təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və Rusiya təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.

Məlumatda vurğulanıb ki, tərəflər Rusiya və Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun qarşılıqlı və konstruktivlik üzərində qurulduğunu qeyd ediblər. Bakıya səfərinin sonunda N.Patruşev Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşü zamanı iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə