Mey və Tramp Tillersonu Putinin yanına göndərirlər YOLA GƏTİRMƏYƏ
Böyük Britaniyanın baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp apardıqları telefon danışıqlarında dövlət katibi Reks Tillersonun Moskvaya gözlənilən səfəri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə rəhbərliyi ABŞ-ın dövlət katibinin Rusiyaya edəcəyi rəsmi səfərinin Suriya problemində vəziyyətin normallaşdırılması üçün vasitə olacağını hesab ediblər. SİA-nın məlumatına görə, britaniyalı baş nazirin rəsmi saytında bildirilib ki, hər iki dövlət rəsmisi Moskva ilə danışıqlarda əldə ediləcək inkişaf Suriya probleminin siyasi həllinə şərait yaradacaq.
ABŞ prezidenti Suriyaya endirdiyi raket zərbələri zamanı britaniyalı baş nazirə ona dəstək verdiyinə görə təşəkkür edib.
"Baş nazir və prezident Rusiyanın Əsədlə ittifaqına son qoyması istiqamətində bu ölkəni razı salmaq üçün unikal imkan yarandığını deyiblər"- rəsmi saytda vurğulanıb.
Bundan əlavə Mey və Trampın Yaxın Şərq problemləri, eləcə də İranın regiondakı təhlükəsi ətrafında fikir mübadiləsi aparıblar.
"Həmçnin, baş nazir və prezident Çin də daxil olmaqla, beynəlxalq aləmin Şimali Koreya təhlükəsinin qarşısını almaq üçün bu ölkəyə təzyiqlərin göstərilməsi vacibliyi barədə də danışıblar"-deyə Brtitaniyanın baş nazirinin rəsmi saytında qeyd olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB