"Hazırda Ermənistan cəmiyyətində gərginlik hiss edilmir. Belə məlum olur ki, Sarkisyan hakimiyyəti səslərin çoxunu pulla alıb. Yəni əhalinin bir qismini satın ala biliblər". Bu barədə SİA-ya politoloq Qabil Hüseynli seçkilərdən sonra Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, gərginliyin baş verəcəyi gözləniləndir: 
"Ermənistan cəmiyyətində vəziyyət hər an gərginləşə bilər. Müxalifət İrəvanda səslərin 45 faizindən çoxunu toplayıb. Digər bölgələrdə də səslərin saxtalaşdırılmasına dair faktlar var. Yəni müxalifət saxtalaşdırma faktlarını sübut edə bilir. Ermənistanın müxalifət qüvvələri təşkilatlanıb müxtəlif tədbirlər, etiraz aksiyalar keçirmək və bununla da vəziyyəti dəyişdirmək niyyətindədir".
Politoloq Ermənistanda yaxın aylarda hansı dəyişikliklərin olacağına da toxunub. Onun sözlərinə görə ölkənin idarəçilik, həmçinin siyasi sistemində dəyişiklik baş verəcək: "İcra hakimiyəti, prezident hakimiyyəti funksiyaları etibarilə dəyişəcək. Yerlərdə də hakimiyyət orqanlarının dəyişəcəyi gözlənilir. Amma ən böyük dəyişikliyi Ermənistanda vəziyyətin gərginləşməsində görürəm. Müxalifət siyasi çıxışlara, mitinqlərə başlasa, buna da başlamalıdırlar, o zaman ölkədə vəziyyət gərginləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB