“ABŞ silahlı qüvvələrinin bir qismi Yaxın Şərqi tərk edəcək" Politoloq

“ABŞ silahlı qüvvələrinin bir qismi Yaxın Şərqi tərk edəcək" Politoloq

"Prezident Donald Tramp Suriyaya raket zərbəsi endirməsi onun gözlənilməz addım atan siyasətçi imicini həm ABŞ-ın daxilində, həm də bütün dünyada möhkəmlətdi. Düşünmürəm ki, Tramp bundan uddu". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, respublikaçı senatorların liderlərindən olan Makkeynin açıqlamasından belə başa düşmək olur ki, İdlibdə kimyəvi hücumu Tramp özü təşkil edib: "Yəni Tramp Suriyanı bombalamaqla göstərmək istəyib ki, müharibə etməyi bacarır. Düşünürəm ki, bu, ilk növbədə Trampın özünə ziyandır. Yaxın aylarda, 2017-ci ildə konqresdə və senatda üstünlükdə olan respublikaçılar Trampın impiçmenti məsələsini gündəmə gətirəcəklər. Amerika kimi bir dövlətdə impiçment məsələsi prosesi baş verəcəksə, bunun ölkə üçün çox böyük zərbəsi olacaq. Çünki dünyada elə qəliz və mürəkkəb proseslər gedir ki, ABŞ gərək bir saniyə də olsa həmin proseslərdən diqqətini ayırmasın. Amma impiçment məsəsləsi gündəmə gəlsə, demək, bütün nəzərlər, bütün resurslar daxili siyasətə yönələcək".

Rusiyanın mövqeyinə də toxunan politoloq hesab edir ki, əslndə Trampın Suriyaya reket zərbələrindən əvvəl Putin çox acizanə bəyanatlar verdi: "Yəni hətta Putin göstərdi ki, ABŞ Rusiyadan qat-qat güclü dövlətdir. Rusiya ABŞ dialoqunda birincilik Birləşmiş Ştatlar tərəfindədir. Bunlar hamısı Putinin son bir ayda ABŞ-la münasibətlərdə səsləndirdiyi fikirlərdir. Düşünürəm ki, Putin bununla Trampı Suriyada hücuma şirnikləndirdi. Tramp elə başa düşdü ki, Rusiya zəifdir və o, Suryada hərbi əməliyyat keçirdi. Çünki ABŞ elə güclü hərbi əməliyyatara hazır deyil. Rusiya Suriyaya onsuz da çoxlu qoşun yığıb, ən müasir silahları, hərbi qurğuları orda idi. İndi də yenidən Suriyaya hərbi gəmilərini göndərib. Hesab edirəm ki, Putin elə vəziyyət yaradacaq ki, ABŞ-ın silahlı qüvvələrinin bir qismi Yaxın Şərqi tərk edəcək. Mən bu fikri deyəndə həm də ona əsaslanıram ki, təxminən belə qayda ilə Putin Obama dövründə ABŞ-ı Suriya danışıqlarından, tənzimlənməsindən uzaqlaşdırdı. Yəni özünü çox zəif göstərdi, bütün məsələlərdə ABŞ "hə" dedi. Ən son anda danışqlar formatı dəyişdi. Türkiyə və İranı Rusiya özünə tərəf çəkib, üçtərəfli danışıq formatı yaratdı. ABŞ danışıqlardan kənarda qaldı. İndi bu qayda ilə Putin yaxın aylarda yəqin ki, ABŞ-ın Suriyadakı hərbi imkanlarını da məhdudlaşdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə