Misirdə üç aylıq fövqəladə vəziyyət TERRORA GÖRƏ

Misirdə üç aylıq fövqəladə vəziyyət TERRORA GÖRƏ

Misirin prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib. Belə ki, buna səbəb bazar günü koptların toplaşdığı kilsədə törədilən terror aktı olub. SİA "BBC News"ə istinadən xəbər verir ki, terror nəticəsində 40 nəfərdən çox adam həyatını itirib.

Daha öncə bildirilirdi ki, Tanta şəhərində fəaliyyət göstərən müqəddəs Georgi kilsəsinə gedərək bazar günü ibadətini yerinə yetirmək istəyən zəvvarlardan 27 nəfəri birinci partlayışda həlak olub.

Digər 16 nəfər isə İsgəndəriyyə şəhərindəki müqəddəs Mark kilsəsində törədilən terror aktı nəticəsində həyatlarını itiriblər. Onlardan biri intiharçı- terrorçunu aşkarlayaraq, onun kilsənin daxilinə girişinə mane olan polis nəfəridir.

Qeyd edək ki, terror aktının cavabdehliyini "İslam dövləti" terrorçu qruplaşması üzərinə götürüb.

Xatırladaq ki, xaçpərəst koptlar Misir əhalisinin 10%-ni təşkil edirlər.

Bu arada Roma papası Fransisk bu ay Misirə ziyarəti ərəfəsində baş verən hücumu lənətləyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə