Viktor Ozerov: “Suriyaya hökumətinə kompensasiya barədə sualları Vaşinqtona ünvanlamaq lazımdır” DİPLOMATİK İNSİDENT

Viktor Ozerov: “Suriyaya hökumətinə kompensasiya barədə sualları Vaşinqtona ünvanlamaq lazımdır” DİPLOMATİK İNSİDENT

"BMT-nin Təhlükəsilik Şurasında İdlibdəki kimyəvi hücum aktının Moskvanın və Dəməşqin üzərinə cavabdehlik kimi qoyulması terrorçuların əllərini açır"-deyə Rusiya Fderasiyasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bildirib.SİA xəbər verir ki, bu barədə yazan "İnterfax" agentliyinin qeyd etdiyinə görə, Ozerov BMT TŞ-da verilən bəyanatları əsassız adlandıraraq deyib ki, bu kimi bəyanatlar həm silahlı müxalifəti, həm də terrorçuları Suriyada sülhün bərqərar olmaması istiqamətində ruhlandırır. "Bu isə artıq iki cəbhənin Dəməşqə qarşı qarşıdurmada dayanacağından xəbər verir"-deyə rusiyalı siyasətçi bildirib.

Ozerov hesab edir ki, bu fakt ürəkağrıdıcıdır: "ABŞ-ın Əsədə qarşı iki cəbhə açması o deməkdir ki, bu ölkə terrorçularla əlbirdir".

Rusiyanın Suriya səmasında aviainsidentlərin dayandırılması istiqamətində qərar verməsi memorandumuna əməl etməsini siyasi addım kimi dəyərləndirən Ozerov bununla yanaşı Rusiya Federasiyası ilə ABŞ arasında mümkün silahlı toqquşmaların baş vermək ehtimallarını istisna edib. "Sığortalanma mexanizmləri olan aşkar etmə və xəbərdarlıq kifayət edir"-deyə o bildirib.

ABŞ-ın Suriyanın aviabazasına endirdiyi hava zərbələri nəticəsində baş vermiş zərərin aradan qaldırılması istiqamətində Rusiyanın bu ölkəyə yardım edəcəyi barədə verilən sualı da cavablandıran rusiyalı siyasətçinin fikrincə, "kompensasiya barədə məsələləri Vaşinqtona ünvanlamaq lazımdır".

Eyni zamanda, Ozerov Rusiyanın Suriyadakı hərbi bölmələrinin müdafiəsinin kifayət qədər etibarlı olduğunu deyib: "Bizdə kifayət qdər S-300 VƏ S-400-lər var ki, onlar bizim hərbçiləri etibarlı şəkildə qoruyur. Bu plan əsasında kimsə şübhə etməsin ki, bizim hərbçilər əla səviyyədə mühafizə olunmaqdadır".

ABŞ-ın Bəşər Əsədə münasibətdəki bəlli mövqeyini şərh edən Ozerov ehtimal edib ki, Amerikanın prezidenti Donald Tramp ictimai basqının təsiri altındadır: "İctimaiyyətin hansı tərəfə meyllənməsindən asılı olaraq Tramp da həmin istiqamətdə getməyə başlayır. Hesab edirəm ki, bir prezident kimi özü qərar verməyi bacarmalıdır, çünki onun hərəkətləri bizdə suallar yaradır".

Rusiyalı siyasətçi ölkəsinin ABŞ-la hər zaman dialoqa hazır olduğunu da bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə