"Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk" Səfir

"Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk" Səfir

Azərbaycan ərazi bütövlüyü məsələsində hər zaman Ukraynanı dəstəkləyib. SİA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. O bildirib ki, Ukrayna Azərbaycanın bu dəstəyini və dostluğunu yüksək qiymətləndirir: "Dağlıq Qarabağ Donbas münaqişəsi kimi dondurulmuş deyil. Bu münaqişələr nəticəsində insanlar ölür. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycanın tezliklə öz ərazi bütövlüyünü bərpa etməsini arzu edirik".

Səfir deyib ki, GUAM iştirakçısı ölkələrinin bu yaxınlarda keçirilən görüşündə iqtisadi əlaqələri möhkəmləndirmək müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə