"2016-cı ilin aprel ayının 2-dən 5-dək Dağlıq Qarabağda baş vermiş və regionun əhalisini matəmə bürümüş hərbi əməliyyatlardan artıq bir il ötür". SİA-nın məlumatına görə, bu barədə Fransa XİN-in bəyanatında deyilir. Bəyanatda vurğulanıb ki, Minsk qrupunun həmsədri kimi Fransa Rusiya və ABŞ-la birgə döyüşlərin dayandırılması və Ermənistan ilə Azərbaycan arasında danışıqların yenidən bərpası üçün səfərbər olublar: "Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağın hazırkı statusu qəbuledilməzdir və münaqişənin hərbi yolla həlli yoxdur".
Bəyanatda tərəflər 2016-cı il mayın 16-da Vyanada və 2016-cı il iyunun 20-də Sankt-Peterburqda götürülmüş öhdəliklərə, yəni, atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin həyata keçirilməsinə və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırılır: "Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu yaxınlarda Parisdə keçirdiyi görüşlərində də xatırlatdığı kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə bu münaqişənin danışıqlar yolu ilə və davamlı həllinə tam sadiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB